Gəncədə beşmərtəbəli yaşayış binasında yanğın baş verib
17 Aprel 2014 17:26 KriminalGəncə şəhəri, Kəpəz rayonunda beşmərtəbəli yaşayış binasında yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən "OLAYLAR"a verilən məlumata görə, yanğın nəticəsində binanın 2-ci mərtəbədə ümumi sahəsi 34 kv.m olan 2 otaqlı mənzilin mətbəxdə 1 ədəd paltaryuyan maşını və 0,5 kv.m sahədə mətbəx mebeli yanıb. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31