Suriyada döyüşlərdə iştirak etmiş Azərbaycan vətəndaşı həbs edilib
17 Aprel 2014 16:40 KriminalSuriyada döyüşlərə qatılan Azərbaycan vətəndaşı həbs edilib. Qəbələ rayon sakini, 1989-cu il təvəllüdlü Həsənov Əhməd Elxan oğlu hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. Onun Suriyada silahlı qruplaşmaların tərkibində döyüşlərdə 7 ay iştirak etdiyi, Suriyaya qanunsuz yolla getdiyi müəyyənləşib.
Ə. Həsənov Bakıya qayıdarkən Heydər Əliyev Beynəlxalq Hava Limanında tutulub.
O, Cinayət Məcəlləsinin 279-cu (qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmə və ya qrup yaratma) maddəsi ilə təqsirləndirilir. Apa
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31