Kosmetika və parfümeriya malları aşkar edilib

Xaçmaz Gömrük İdarəsi "Samur" gömrük postunun nəzarət zonasına Rusiya Federasiyası istiqamətindən daxil olan "Man Saetano" markalı sərnişin avtobusuna gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, baxış zamanı avtobusda sürücü Rüstəm Davudovun gömrük nəzarətinə təqdim etmədiyi müxtəlif çeşiddə 933 ədəd "MaryKay" markalı kosmetika malları və aksesuarları, eləcə də 12 ədəd "DanceToLife", "Elige", "Belara", "Trıbute" və "Velocıty" ətirləri aşkar edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31