Bakıda zəncirvari qəza
17 Aprel 2014 11:34 KriminalBakının Yasamal rayonu, Mətbuat prospektində 3 avtomobilin toqquşması ilə nəticələnən zəncirvari qəza baş verib. ANS TV-nin məlumatına görə, qəza nəticəsində Mikayıl Müşfiq küçəsi istiqamətində hərəkət edən 3 nəqliyyat vasitəsi "KİA", "Volkswagen" və "Nissan" markalı minik maşınları toqquşub.
Xoşbəxtlikdən atoqəza xəsarətsiz ötüşüb. Sürücülərin əhvalını yeganə pozan avtomobillərin əzilməsi olub.
Hadisə yerinə Bakı şəhər Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları cəlb edilib. Aparılan ilkin müayinələr zamanı müəyyən edilib ki, qəza sürücüsü xanım olan "Volkswagen" markalı avtomaşının işıqforda qəfil dayanması olub.
Nəticədə arxadan gələn "KİA" markalı avtomaşın zərblə ona çırpılıb. Yalnız bundan sonra lap öndə dayanmış "Nissan" markalı minik maşını "Volkswagen" markalı avtomobilin yetirdiyi zərbədən ziyan görüb.
Yol qəzasının təfərrüatları araşdırılır.