Mingəçevirdə çay evində qumarxana

Mingəçevirdə çay evində qumarxana aşkar edilib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Mingəçevir şəhəri Şəhriyar küçəsində yerləşən "Rəhman" çay evində şəhər sakinləri Elşad Əhmədovun, Fərrux Musayevin, Bayram Bayramlının və Şəki şəhər sakini Yusif Baqıyevin "On-line" qumar oyunlarını təşkil etmələri müəyyən edilib. Baxış zamanı qumarxanada "On-line" qumar oyunları yazılmış 2 ədəd kompyuter dəsti, 3 ədəd "LCD" televizor, 1 ədəd qumar kuponlarını çap edən printer, 39 ədəd oyun kuponu və 200 manat məbləğində uduş pulu aşkar edilərək götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31