Daha bir intiharın qaşısı alınıb
16 Aprel 2014 13:15 KriminalFövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonunda bir nəfərin mənzilin eyvanından intihara cəhd etməsi barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb ediliblər. Xilasedicilər zərərçəkmişlə müvafiq söhbətlər aparmış və əlverişli şəraitdən istifadə edərək, təhlükəsizlik qaydalarına riayət etməklə mənzilin eyvanının pəncərəsindən içəri daxil olaraq intihara cəhdin qarşısını almağa müvəffəq olublar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31