Sabirabadda itən qızın meyiti Hacıqabulda tapıldı
15 Aprel 2014 15:17 KriminalSabirabad rayonunda itkin düşən qızın meyiti tapılıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, aprelin 14-də Sabirabad rayon sakini Aygün İsmayılovanın üzərində zorakılıq əlamətləri görünməyən meyiti Kür çayının Hacıqabul rayonunun ərazisindən keçən hissəsində tapılıb. Araşdırmalar zamanı A.İsmayılovanın bu il yanvarın 27-dən Sabirabad RPŞ tərəfindən itkin düşmüş kimi axtarışda olması müəyyən edilmişdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31