Tovuzda iki qardaş bıçaqlaşdı

Tovuzda qardaş-qardaşını bıçaqlayıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, aprelin 14-də Tovuz rayonu Əyyublu kənd sakini Şahin Yusifov münaqişə zəminində qardaşı Ürfətə bıçaqla xəsarət yetirib. Tovuz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ş.Yusifov tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31