Bakıda məhşur “Fawity Towers” otelində fahişəxana aşkarlandı
15 Aprel 2014 15:15 KriminalBakıda tanınmış oteldə fahişəxana aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayib. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Nəsimi rayonu ərazisindəki "Fawity Towers" otelində, orada qeydiyyatçı işləyən Bakı şəhər sakini Timur Qurbanovun gəlir əldə etmək məqsədi ilə əxlaqsızlıq yuvası təşkil etməsi müəyyən edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31