Beşmərtəbəli binada yanğın olub

Bakı şəhəri, Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasında yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, yanğın zamanı binanın 2-ci mərtəbəsində ümumi sahəsi 70 kv.m olan 3 otaqlı mənzilin hamamında lambirdən ibarət tavan 2 kv.m sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31