Qubada iki yaşlı uşaq faciəli şəkildə ölüb. Daxili İşlər Nazirliyinin saytının verdiyi məlumata görə, hadisə iyulun 31-də Quba rayonu 1-ci Nügədi kəndində qeydə alınıb. Kənd sakini 2 yaşlı Nərminə Niftəliyeva həyətlərindəki arxa yıxılaraq suda boğulub.
Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31