Azərbaycanda orta məktəbin həyətində top mərmisi tapılıb
14 Aprel 2014 19:18 KriminalOrta məktəbin həyətində top mərmisi tapılıb. Sumqayıt Şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, mərmi bu gün Hacı Zeynalabdin Tağıyev qəsəbəsində aşkarlanıb. Qəsəbə ərazisində yerləşən Laçın rayon İmanlar kənd orta məktəbinin həyətində tapılan, istifadəyə yararsız mərmi ərazidən götürülərək təhlükəsiz zonaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31