Abşeronda dəhşətli qəza, iki nəfər öldü

 Abşeron rayonunda iki nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, aprelin 12-də saat 23 radələrində Abşeron rayonu Novxanı qəsəbəsinin ərazisində İsmayıllı rayon sakini Hacı Ağayevin idarə etdiyi "Mercedes", Bakı şəhər sakini Elşən Qurbanovun idarə etdiyi "BMW", Abşeron rayon sakinləri Mətləb Rzayevin idarə etdiyi "Mercedes" və Vüqar Ələkbərovun idarə etdiyi "BMW" markalı avtomobillər toqquşub. H.Ağayev və sərnişini, Naxçıvan şəhər sakini Vüqar Rüstəmov hadisə yerində ölüblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31