Xızıda güllələnmə, çoban özünü öldürdü

 Xızı rayonunda çoban özünü güllələyib öldürüb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, aprelin 12-də Xızı rayonunun Qızıldərə adlandırılan ərazisində yerləşən fermada çoban işləyən Quba rayon sakini Azər Qəmbərov ov tüfəngindən atəş açaraq özünü öldürüb. Xızı RPŞ əməkdaşları tərəfindən hadisə yerindən ov tüfəngi götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31