Bakıda 5-ci mərtəbədən yıxılan şəxs sağ qaldı

 Bakı sakini 5-ci mərtəbədən yıxılıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, aprelin 13-də Bakı şəhər sakini Mais Fərəcov Nəsimi rayonu ərazisində yaşadığı evin 5-ci mərtəbəsinin açıq eyvanından ehtiyatsızlığı nəticəsində həyətdə dayanmış qonşusu Rafayel Eyyubova məxsus "Mitsubishi" markalı avtomobilin üstünə düşüb. M.Fərəcəov xəstəxanaya yerləşdirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31