Bakı sakininin avtomobilindən silah-sursat aşkarlandı

 Bakıda daha bir silahlı şəxs yaxalanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Çevik Polis Alayı və Xətai RPİ 34-cü PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Qəşəm Əhmədovun idarə etdiyi "Mercedes" markalı avtomobildən "WC-401" markalı pnevmatik tapança, 1 patron darağı və 15 patron götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31