Sabunçuda daha bir fahişəxana aşkarlanıb

 Bakıda daha bir fahişəxana aşkar edilib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Sabunçu RPİ 12-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sabunçu qəsəbəsi ərazisindəki kafelərdən birində, oranın sahibi, Bakı şəhər sakini Leyla Fətəliyevanın əxlaqsızlıq yuvası təşkil etməsi müəyyən edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31