Qaxda 50 yaşlı kişi meşədə öldü

Qax rayonmunda istirahətə gedən 50 yaşlı kişi meşədə qəfil dünyasını dəyişib . Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Qax rayonu, İlisu kəndi yaxınlığında 1962-ci il təvəllüdlü Şahin Mollaməhəmməd oğlu Mirzəyev səhhətinin kəskin pisləşməsi səbəbindən ölüb, hadisə yeri çətin keçilən dağlıq ərazidə olduğundan Ş.Mirzəyevin cəsədini götürmək mümkün olmayıb. Müraciət daxil olan kimi Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri, o cümlədən Aviasiya dəstəsinin 1 ədəd helikopteri hadisə rayonuna cəlb olunub. Xilasedicilər mürəkkəb dağlıq ərazidə olan Ş.Mirzəyevin cəsədini müvafiq qaydada götürüb və aidiyyəti üzrə təhvil vermiblər. Əməliyyat saat 14:00-da başa çatıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31