Beşmərtəbəli binanın zirzəmisində yanğın olub

Bakı şəhər, Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının zirzəmisində yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, nəticədə ümumi sahəsi 85 kv.m olan sexin lambirdən ibarət tavanı 5 kv.m sahədə və 1 ədəd kondisioner yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31