Gədəbəydə yeməkxana yanıb

 Gədəbəy rayonu, Qoşabulaq kəndində vətəndaşa məxsus yeməkxanada yanğın baş verib. Fövqəlaəd Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, yanğın zamanı ümumi sahəsi 30 kv.m olan yeməkxananın çardağı 5 kv.m sahədə yanıb Yeməkxananın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31