Göygöldə 2 otaqlı ev yanıb

Göygöl rayonu, Quşqara kəndində vətəndaşa məxsus ikiotaqlı evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, nəticəsə ümumi sahəsi 56 kv.m olan birmərtəbəli 2 otaqlı evin 1 otağının tavanı 20 kv.m sahədə və ev əşyaları qismən yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31