Bakıda dəhşət: bütün xilasedicilər ayağa qalxdı
Qəza baş verən ərazidə müvafiq təhlükəsizlik tədbirlər görülüb
14 Aprel 2014 11:46 KriminalBakıda yol-nəqliyyat qəzası baş verib, xəsarət alan var. Bakı şəhəri, Sabunçu rayonunda yol-nəqliyyat qəzası baş verib və bir nəfərin köməyə ehtiyacı olub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, vətəndaşa məxsus "FORLAND" markalı yük avtomobili yol kənarındakı divara çırpılıb. Nəticədə, avtomobil deformasiyaya uğrayıb və sürücü sıxılmış vəziyyətdə qalıb.
Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qeyd olunan vətəndaşı avtomobildən çıxararaq hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım stansiyasının həkimlərinə təhvil verib.
Habelə, hadisə yerində müvafiq təhlükəsizlik tədbirlər görüblər. ans
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31