Masallıda dəhşətli qətl, kişi sevgilisini evində öldürdü

Masallıda dəhşətli qətl hadisəsi törədilib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, aprelin 10-da Masallı şəhəri ərazisində Kolatan kənd sakini Mirpaşa Ağayev qeyri-rəsmi nikah münasibətlərində olduğu Aysel Xancanovanın evində qısqanclıq zəminində onu bıçaqla qətlə yetirib.

Masallı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Ağayev tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31