Avtomobillər üçün saxta texniki baxış satan şəxs yaxalanıb
11 Aprel 2014 15:52 KriminalBakıda avtomobillər üçün saxta texniki baxış talonları satan şəxs tutulub. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Adil Məmmədzadə vətəndaş Qismət Səfərova avtomobil üçün texniki baxış talonunu 80 manata satdığı üçün tutulub.
Aparılmış araşdırmalarla onun əvvəllər də vətəndaşlara qarşı dələduzluq edərək avtomobillərin texniki baxış talonlarının satışı ilə məşğul olması müəyyən edilib.
A.Məmmədzadədən əlavə olaraq 18 ədəd doldurulmamış texniki baxış talonları aşkar edilərək götürülüb. Faktla əlaqədar cinayət işi başlanmışdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31