Neft Şirkətinin işçisi faciəvi şəkildə öldü

Bakı şəhərinin Qaradağ rayonu ərazisində, Gəmiqayırma zavodunun ərazisində faciəvi hadisə baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Sahil qəsəbəsi ərazisində Xəzər Dəniz Neft Donanmasının gəmisində ARDNŞ-in Neft-Qaz Tikinti Trestinin 1 saylı Tikinti-Quraşdırma İdarəsinin maşinisti bədbəxt hadisə nəticəsində ölüb. Maşinist, 49 yaşlı Mais Kazımov gəminin kərəkəsindən dənizə yıxılıb. O, hadisə yerindəcə keçinib.Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31