Şirvan kanalında 1 nəfər batıb

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Şirvan kanalının Göyçay rayonu, Cəyirli kəndi ərazisindən keçən hissəsində bir nəfər batıb. Nazirlikdən "Olaylar"a verilən məlumata görə, batdığı ehtimal olunan 1 nəfərin axtarışlarına Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri cəlb olunublar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31