14 yaşlı qızla cinsi əlaqədə olan oğlan həbs edilib

Ucar sakini hədd-buluğa çatmayan qızla cinsi əlaqədə olduğu üçün həbs edilib. Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, hadisə rayon mərkəzində baş verib. Ucar şəhər sakini 25 yaşlı, Məlikov Taleh Mirsahib oğlu 8-ci sinif şagirdi olan 14 yaşlı qızla cinsi əlaqədə olduğu üçün Ucar rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı Ucar rayon polis şöbəsində cinayət məcəlləsinin 152-ci maddəsi (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) ilə cinayət işi açılıb.

Araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31