65 nəfərə təcavüz etən manyak axtarılır

"OLAYLAR" "Vesti.ru"ya istinadən xəbər verir ki, Tatarstan polisi 2003-cü ildən 2012-ci ilə qədər 65 nəfərə qarşı seksual zorakılıq tətbiq edən, Kazan şəhərinin əvvəllər məhkum olunmuş 39 yaşlı sakini Yevgeniy Şutov axtarılır. Manyak demək olar ki cinayət törədərkən həmişə eyni üsuldan istifadə edib. Əksər hallarda o qurbanının arxasınca liftə daxil olub müxtəlif suallar verib, sonra isə ölümlə hədələyərək qurbanını liftdən çıxarıb və orada həmin şəxsə qarşı zorakılıq tətbiq edib. Son məlumatlara görə, axtarışda olduğu müddətdə də manyak 7 nəfərə qarşı təcavüz xarakterli hərəkətlər edib.  İstintaq davam edir, şübhəli şəxs hələ də gizlənə bilib. Respublika İstintaq İdarəsi əhalidən manyakın tapılması üçün kömək istəyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31