Sumqayıtda narkotika alverçisi ələ keçdi

Sumqayıtda narkotika alverçisindən külli miqdarda narkotika aşkar edilib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Bəxtiyar Qasımovdan 0,73 qram tiryək, yaşadığı evə baxış zamanı isə 3,6 kiloqram marixuana, 1 kiloqramdan çox tiryək, 406,98 qram həşiş aşkar edilərək götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31