10 yaşlı qızı zorlayıb öldürən Ambarçumov əl keçdi
1 Avqust 2012 13:05 KriminalPyatiqorskidə zorlanıb öldürülən 10 yaşlı Anyanın qatili ələ keçdi. Bir neçə dəfə məhbus həyatı yaşayan 40 yaşlı kişinin bu cinayətdə əli olmasını DNK eksperti sübuta yetirib. "OLAYLAR"ın "İTAR TASS"a istinadən yaydığı məlumata görə, hüquq mühafizə orqanlarının rəsmi nümayəndəsi Vladimir Markin bildirib ki, cinayətdə heç bir iz saxlamadığına əmin olan Ambarçumov könüllü olaraq DNK tədqiqatına razılıq verib. Nəticələr isə məhz onun qüızçığazın qatili olmasını sübut edib. Bundan başqa, müşahidə kamerasındakı görüntülərdə qız gəzməyə çıxanda onun yanında gedən adam da həmin şəxsə bənzəyib.
Xatırladaq ki, Anna Prokopenko iyulun 23-də evdən çıxıb və bir daha geri qayıtmayıb. Qızın axtarışında 300 nəfər iştirak edib. Yalnız bir gündən sonra 10 yaşlı qızın meyidi evlərinin bier kilometrliyindəki Maşup dağlarının ətəyində tapılıb.