Bakıda “Jiquli”ni oğurlayıb darmadağın etdilər
10 Aprel 2014 12:33 KriminalBakıda avtomobil oğurlayıb sökən dəstə zərərsizləşdirilib. Bu barədə "OLAYLAR"a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib. Məlumatda deyilir ki, aprelin 6-da F.Yusifov küçəsində yaşayan Ruslan Kərimova məхsus "VAZ-2107" markalı avtomobil qaçırılmış və avtomobil saat 19:30 radələrində Əmircan qəsəbəsi Z.Zeynalov küçəsində sökülmüş vəziyyətdə aşkar olunub. Nərimanov RPİ CAŞ və 17-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, avtomobil qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakinləri Nazim Əsgərov, Əlicabir Sultanov və Orхan İsmayılov tutulublar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31