Bakıda evləri qarət edən mütəşəkkil dəstə zərərsizləşdirildi

Bakıda ev oğurluğu ilə məşğul olan mütəşəkkil dəstə yaxalanıb. Bu barədə "OLAYLAR"a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib. Məlumatda deyilir ki, aprelin 1-də Binə qəsəbəsi Bakıхanov küçəsində yaşayan Cəmil Hümbətovun evindən açar seçmə yolu ilə 250 manat və qızıl zinət əşyaları oğurlanıb.

Xəzər RPİ CAŞ, 1-ci və 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinənlər Bakı şəhər sakinləri İrac Rufullayev və Azər Həşimov tutulublar.

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31