Vətəndaşa məxsus köməkçi tikili yanıb

Goranboy rayonu, Qarasüleymanlı kəndi vətəndaşa məxsus həyətyanı sahədə tikilmiş köməkçi tikili yanıb. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, yanğın zamanı ümumi sahəsi 16 kv.m olan köməkçi tikilinin tavanı yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31