Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 5 kv.m olan dəmir konstruksiyadan ibarət köşk yanıb. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, yanğın nəticəsində köşkün taxta üzlüyü və içərisinə yığılmış ərzaq malları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31