Bakıda polis rəisinin avtomobili qəzaya uğradı: rəisin sürücüsü öldü
Binəqədi rayonu ərazisində ölümlə nəticələnən ağır yol qəzası baş verib
10 Aprel 2014 12:11 KriminalBu gün saat 09 radələrində Bakının Binəqədi rayonu ərazisində ölümlə nəticələnən ağır yol qəzası baş verib. ANS PRESS-in məlumatına görə, qəza "Meyvəli" bazarının yaxınlığında, Xocahəsən qəsəbəsi yolunda baş verib.
Belə ki, "Hyundai-Sonata" markalı avtomobil ilə "Hyundai-Tucson" markalı avtomobil toqquşub. Qəzaya uğrayan "Hyundai-Sonata" markalı, 90 AA104 dövlət nömrə nişanlı avtomobil Səbail rayon Polis İdarəsinin rəisinin xidməti avtomobili olub.
Hazırda qəzanın səbəbləri araşdırılır.
Qəza baş verən zaman rəisin özü maşında olmayıb. Onun sürücüsü Rafiq Abbasov isə hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31