Hacıqabulda yol qəzası: sürücü ölüb

Aprelin 10-da, gecə Hacıqabulda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən məlumatına görə, Hacıqabul rayonunun Atbulaq kəndində "VAZ" markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı dəmir sədlərə çırpılıb. Hadisə yerinə FHN-in uyğun xilasetmə qüvvələri cəlb olunub.

Yanğınsöndürən-xilasedicilər sürücü, 1980-ci il təvəllüdlü Həsənov Araz Əli oğlunun sıxılmış vəziyyətdə qalmış meyitini  avtomobildən çıxararaq, aidiyyəti üzrə təhvil veriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31