Fəhlələrin istirahət otağı yanıb

 Gəncə şəhəri, Nizami rayonunda ümumi sahəsi 30 kv.m olan vaqon tipli fəhlələrin geyinib-soyunma otağında yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, ynğın zamanı otağın taxta üzlüyü tamamilə yanıb. Otağın qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31