Bakıda evində odun sobasında yanan qadın ölüb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, bu il mart ayının 29-da Sabunçu rayon sakini Nargilə Quliyeva evində odun sobası ilə ehtiyatsız davrandığından yanıq xəsarəti alıb. Xəstəxanaya yerləşdirilmiş N.Quliyeva aprelin 8-də orada ölüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31