Bakıda xalq artistinin evinə oğru girib

 Azərbaycanın xalq artisti Amaliya Pənahovanın Mərdəkan qəsəbəsindəki bağ evinə oğru girib. Xəzər rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, hadisə ilə bağlı A.Pənahova özü polisə məlumat verib və bəlli olub ki, evdən nə isə götürülməyib. Hadisə yerinə gələn polislər evin giriş qapısının açıq qaldığını və evdəki əşyaların dağıdıldığını görüblər.

 Bildirilir ki, A.Pənahovanın evindən keçən ilin sentyabr ayında 30 min manat oğurlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31