Bakıda avtobil qaçırmaqla məşğul olan dəstə tutulub

Bakıda avtobil qaçırmaqla məşğul olan dəstə tutulub. Trend Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi və Binəqədi RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə oğurluq etdiklərinə görə tutulmuş Eldar Balışovun və Rasim Şükürovun aprelin 4-də Anar Səfərova məxsus "VAZ-2104" markalı avtomobili Bakı şəhər sakini Anar Muradi ilə birgə qaçırmaları müəyyən edilib.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində A.Muradi tutulub.

E.Balışovun və R.Şükürovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onların, cari il fevral ayının 25-də Bakı şəhər sakini Namiq Quliyevə məxsus "Niva" markalı avtimobilin ehtiyat təkərini oğurlamaları da müəyyən edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31