Bakıda cibgir heroinlə yaxalandı

 Bakıda cibgirliklə məşğul olan narkotika alverçisi yaxalanıb. Bu barədə "OLAYLAR"a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib. Məlumata görə, DİN BCAİ və Binəqədi RPİ CAŞ əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ehtiram Məmmədovdan 0,182 qram heroin götürülüb. Araşdırma zamanı müəyyən edilib ki, o, ötən il mayın 24-də 61 saylı xətt avtobusunda Aygün Nəbiyevanın çantasından içərisində 550 manat, şəxsiyyət vəsiqəsi, bankomat və sığorta kartı olan pul kisəsini, oktyabrın 10-da 26 saylı xətt avtobusunda Lalə Cavadovanın çantasından içərisində 320 manat olan pul kisəsini və bu il martın 7-də 10 saylı xətt avtobusunda Elmir Əliyevin cibindən mobil telefonu naməlum şəraitdə oğurlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31