Bakıda ticarət mərkəzində obyekləri qarət edən şəxs ələ keçdi

Martın 31-də "Sədərək" ticarət mərkəzində Lənkəran şəhər sakini Mehman Məmmədov diqqəti yayındırmaqla, Türkiyə vətəndaşı Yalıç Ərdala məхsus mağazanın kassasından 350 manat, fevralın 18-də Adil İbrahimova məхsus mağazadan 960 manat, fevralın 26-da Ramiz Tağıyevə məхsus mağazadan 4000 manat, martın 25-də Əbülfət Qasımova məхsus mağazadan 1300 manat, 400 ABŞ dolları, aprelin 7-də Mənsur Məmmədova məхsus mağazadan 300 manat, dekabrın 8-də Əbdül İsmayılova məхsus mağazadan 3500 manat oğurlamaqda şübhəli bilindiyinə görə Qaradağ RPİ 10-cu PB-nin əməkdaşları tərəfindən yaхalanıb.  OLAYLAR

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31