Evdə baş verən yanğın qonşunun tövləsinə də keçdi

Yardımlı rayonu, Bürzünbül kəndində vətəndaşa məxsus evdə yanğin baş verib. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, yanğın nəticəsində ümumi sahəsi 70 kv.m olan ikiotaqlı evin yanar konstruksiyaları, ev əşyaları və yaxınlıqda tikilmiş digər vətəndaşa məxsus ümumi sahəsi 45 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 2 kv.m sahədə yanıb. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31