Yaşayış binasında yanğın baş verib
9 Aprel 2014 13:33 KriminalBakı şəhəri, Nərimanov rayonunda ikimərtəbəli yaşayış binasında yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, yanğın nəticəsində binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 45 kv.m olan 2 otaqdan ibarət aptekin 1 otağında 1 ədəd divan və 1 ədəd elektrik sobası yanıb. Aptek yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31