Sumqayıtda sərnişin avtobusu qəzaya uğradı: ölən və yaralananlar var
Sərnişin avtobusu ilə “SHACKMAN” markalı yük avtomobili ilə toqquşub
8 Aprel 2014 19:14 KriminalSumqayıt şəhərində ağır yol qəzası baş verib. Bu gün saat 17:00 radələrində Sumqayıt Texnologiya parkının yanında sərnişin avtobusu ilə "SHACKMAN" markalı yük avtomobili ilə toqquşub.
Hadisə nəticəsində ölən və xəsarət alanlar var. İlkin ehtimala görə, bir nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib. Hadisə haqqında ətraflı məlumat verəcəyik. ans
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31