Bakıda 35 yaşlı kişi itkin düşüb. Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Goranboy rayon sakini, 1979-cu il təvəllüdlü Arif Rafiq oğlu Tağıyev aprelin 4-də saat 13 radələrində işlədiyi Xəqani küçəsi 15-də yerləşən "Sahil" kafesindən çıxıb, bir daha geri qayıtmayıb.
Hazırda polis onun tapılması istiqamətində iş aparır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31