Azərbaycanda iki nəfər zəhərlənib öldü
8 Aprel 2014 15:08 KriminalAzərbaycanda iki nəfər zəhərlənmədən ölüb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, aprelin 6-da Bakı şəhər sakini Hüseyn Quliyev dərmandan zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib və aprelin 7-də orada ölüb. Həmin gün Bakı şəhər sakini Fərqanə Abdullayeva evində dəm qazından zəhərlənərək ölüb. Aprelin 7-də Sumqayıt şəhər sakinləri Elvin Abdullayev, Aygün Gərayeva, Samux rayon sakini Nuridə Sadıqova dəm qazından, Abşeron rayonu Masazır qəsəbə sakini Aynurə Ağayeva dərmandan zəhərlənmələrlə xəstəxanalara gətiriliblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31