Azərbaycanda insan alverinin qurbanları aşkarlanıb

Azərbaycanda daha iki insan alveri qurbanı müəyyən edilib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində müəyyən edilib ki, Ağstafa rayonunun Köçəsgər kənd sakinləri Elsevər Tağıyev və Şahin Əliyev 2007-ci ildən 2014-cü ilin aprel ayınadək olan müddətdə kənd ərazisində olan özlərinə məxsus fermalarda Rusiya Federasiyasının vətəndaşları Vladimir Naumovu və Aleksandr Zıkovu məcburi əməyə cəlb ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31