Ər qeyri-rəsmi nikahda yaşadığı qadını vəhşicəsinə öldürdü

Azərbaycanda qətl hadisəsi törədilib. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, aprelin 7-də Daşkəsən rayonunun Bayan qəsəbəsi ərazisində yerləşən "Bahar" yeməkxanasında rayon sakini Rəşad Məmmədov qısqanclıq zəminində qeyri-rəsmi nikah münasibətində olduğu Füzuli rayon sakini Tünzalə Babayevanı boğub və ona bıçaqla xəsarət yetirib. T. Babayeva hadisə yerində ölüb.

R. Məmmədov könüllü olaraq Nizami (Gəncə) Rayon Polis İdarəsinə gələrək təslim olub.

Hadisəni törətdikdən sonra zəhərləyici maddə qəbul etmiş R. Məmmədovun səhhəti pisləşdiyindən xəstəxanaya yerləşdirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31