Eyni marşrutla hərəkət edən avtobuslar toqquşdu: yaralanan var
8 Aprel 2014 12:21 KriminalGəncədə iki avtobus toqquşub. Lent.az-ın Kəpəz TV-yə istinadən verdiyi məlumata görə, hadisə şəhərin Poçt qəsəbəsində baş verib. 6 saylı marşrut xətti ilə işləyən iki avtobusun toqquşması nəticəsində sərnişin, 25 yaşlı şəhər sakini Firuzə Bayramova yaralanıb. O, dərhal Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.
Yaralıya ilkin tibbi yardım göstərilib. Həkimlər onun vəziyyətini kafi qiymətləndirirlər.
Hadisənin hansı səbəblərdən baş verdiyi araşdırmalardan sonra bəlli olacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31